20 
Yan
2020
13:37
189
18
1514
Virtual karabakh

Politoloq 20 Yanvarın baiskarından danışdı: “Qorbaçovu mütləq mühakimə etmək lazımdır”

Rasim Ağayev – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş Əbdürrəhman Vəzirovun köməkçisi olub. 

O, Azərbaycan Mərkəzi Komitəsinin nəzdində yaradılmış analitik qrupun tərkibində olub. Həmin analitik qrup Dağlıq Qarabağ münaqişəsi və onun ölkəyə hansı təsirlər edə biləcəyi ilə bağlı proqnozlar hazırlayırdı. 

Bir müddət sonra isə R.Ağayev Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibovun informasiya siyasətini həyata keçirdi. 

Yəni Azərbaycanın o zamankı Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi R.Ağayev hazırda politoloq kimi fəaliyyət göstərir. 

R.Ağayev 20 Yanvar faciəsinin 30-cu ildönümündə Oxu.Az-a danışıb. 

Ekspert bildirir ki, hələ 1980-ci illərin sonunda Azərbaycanın fəlakətə sürükləndiyini yazıb. 

“Mən o vaxt deyirdim ki, Azərbaycanı fəlakətə sürükləyənlər siyasətbazlar, siyasətdən başı çıxmayanlar, siyasəti küçə hərəkatı kimi görənlərdir. Bunların da əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndələri idi”, - deyə R.Ağayev qeyd edir. 

“Mən əmin idim ki, bu Xalq Cəbhəsinin gələcəyi yoxdur. Ancaq təklif edirdim ki, yaranmış vəziyyəti – Dağlıq Qarabağ münaqişəsi, Mixail Qorbaçov kimi satqınların SSRİ rəhbərliyinə gəlməsini – nəzərə alaraq ümumi cəbhə yaradaq.

Ümumi cəbhənin də hakimiyyətdəki kommunistlərdən və Xalq Cəbhəsinin nümayəndələrindən ibarət olmasını təklif edirdim. Xalq da başa düşəcəkdi ki, bizim rəyimiz ümumi mənafeyə hesablanıb”, - deyə R.Ağayev əlavə edir. 

R.Ağayev 20 Yanvar qətliamının baiskarı, SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçovun hələ də qanun qarşısında cavab verməməsi ilə bağlı sualı da cavablandırıb. 

O bildirib ki, M.Qorbaçovun qanun qarşısında mühakimə edilməməsi tamamilə yanlışdır. 

“Qorbaçovu mütləq mühakimə etmək lazımdır. Bir zamanlar məndə belə rəy yaranmışdı ki, Boris Yeltsin də Qorbaçovun mühakiməsini istəyir. Ancaq bir müddət keçəndən sonra Yeltsin hakimiyyətə gəldi, Rusiyanın Prezidenti oldu.

Gördük ki, Yeltsini ancaq hakimiyyəti və araq maraqlandırır. Araq içəndə hakimiyyət yaddan çıxırdı, amma hakimiyyətə gələndən sonra araq yaddan çıxmırdı. Gördük ki, artıq Yeltsinin də Qorbaçovun mühakiməsi olunması ilə bağlı fikri yoxdur”, - deyə R.Ağayev qənaətlərini bölüşüb. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri