21 
Yan
2020
10:39
14
79
1896
Virtual karabakh

Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”

21 Yan, 2020
10:39
1896

Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların müvəffəqiyyətlə nəticələnməsi üçün struktur islahatları və gəncləşmə siyasəti həyata keçirilir. 

Bunu Oxu.Az-a açıqlamasında Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu deyib. 

Ekspert islahatların Azərbaycan hakimiyyətinin qanunverici qanadına – Milli Məclisə də şamil edilməsinin zəruriliyinə toxunub. 

“İslahatların təməl məqsədi odur ki, ölkə iqtisadiyyatı daha da canlansın. Ümumi islahat prosesinə dəstək vermək üçün hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu, vacib bir addım idi”, - deyə S.Çolakoğlu əlavə edib. 

Professor qeyd edib ki, Milli Məclisə seçkilərindən sonra Azərbaycan parlamentinin daha gənc və islahatçı kadrlardan formalaşması gözlənilir. 

S.Çolakoğlu Azərbaycanın iqtisadi gücünün artdığına da diqqət çəkib. 

“Prezident İlham Əliyevin son illərdə uğurlu şəkildə həyata keçirdiyi iqtisadi islahatlarla Azərbaycan neft və təbii qaz ixrac edən ölkə statusundan da kənara çıxıb. Azərbaycanın önəmli bir ticarət, maliyyə və logistika mərkəzi olması gözlənilir”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri