21 
Yan
2020
12:06
637
65
1975
Virtual karabakh

Azərbaycan Prezidenti Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək

21 Yan, 2020
12:06
1975

Azərbaycan Prezidenti Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun yanvarın 22-nə təyin olunmuş “Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak edəcək.

Media.Az-ın məlumatına görə, görüşlə bağlı müvafiq informasiya Davos Forumunun saytında yerləşdirilib.

İclas Bakı vaxtilə 13:30-14:15-də və ya Mərkəzi Avropa vaxtı ilə 10:30-11:15-də keçiriləcək.

Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər.

Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib.

Sessiyanın məruzəçiləri Azərbaycan Prezidenti İlham Əliyev, “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov (Qazaxıstan) və “VTBBank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin (Rusiya) olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri