21 
Yan
2020
20:24
137
958
5770
Virtual karabakh

Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb - FOTO/VİDEO

21 Yan, 2020
20:24
5770

Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 15 saylı Yasamal birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş YAP-ın Yasamal rayon təşkilatının inzibati binasında baş tutub.

Görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayon ağsaqqalları, partiya üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən T.Əhmədov Rauf Nağıyev haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, R.Nağıyev çox savadlı və bacarıqlı bir şəxsdir:

“Rauf Nağıyev deputat seçilərsə, öz seçicilərinə imkanı daxilində köməklik göstərəcək. Hesab edirəm ki, Rauf Nağıyev deputat seçilərsə, həm parlament, həm də seçicilər qazanar”.

Daha sonra çıxış edən Rauf Nağıyev tədbir iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O xatırladıb ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün YAP tərəfindən namizədliyi irəli sürülüb:

“Mən namizədliyimi irəli sürən YAP rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.

R.Nağıyev daha sonra özü və platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən şəxslər namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri