22 
Yan
2020
14:16
20
214
1472
Virtual karabakh

Hikmət Hacıyev: Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb - VİDEO

22 Yan, 2020
14:16
1472

Hikmət Hacıyev: Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində başlıca istiqamətlərdən biridir”.

Report xəbər verir ki, bu barədə prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euroactive”ə müsahibəsində bildirib.

Müsahibədə Azərbaycan – Aİ arasında enerji və s. sahələrdəki əməkdaşlıq, tərəflər arasında yeni sazişə dair danışıqlar, Dağlıq Qarabağ münaqişəsinə dair Aİ-nin mövqeyi, 20 Yanvar hadisələri, geosiyasət, ticarət əlaqələri kimi bir sıra məsələlərə toxunulub.

“Prezidentimizin daha əvvəl bildirdiyi kimi, münaqişənin həlli baxımdan ötən il itirilmiş il oldu. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmadı. Əvəzində Ermənistanın səmərəsiz, destruktiv siyasətini gördük.

Ermənistan tərəfi mövcud danışıqlar formatını dəyişdirməyə cəhd göstərib. Halbuki münaqişə tərəfləri Ermənistan ilə Azərbaycan, beynəlxalq vasitəçilər kimi ATƏT-in Minsk qrupu həmsədrlərindən ibarət oturuşmuş danışıqlar format var”, – prezidentin köməkçisi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri