24 
Yan
2020
16:56
572
158
4522
Virtual karabakh

“Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!

24 Yan, 2020
16:56
4522

“Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar ayının 24-də 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi ərazidə məskunlaşmış şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları ilə həmin dairədən deputatlığa namizədliyi qeydə alınan Quliyev Ülvi Zahid oğlunun görüşü keçirilib. 

Səmimi mühitdə keçən görüşdə şəhid anası Nəcibə Axundova, şəhid atası Nadir Babayev, müharibə veteranları Camal Əliyev, Xanlar Ağayev və digərləri əminliklə bildiriblər ki, son dörd ildə Ülvi Quliyev bir deputat, həm də səmimi bir insan kimi hər zaman onların yanında olub, etimadlarını və inamlarını gözlədikləri səviyyədə doğruldub. 

Çıxış edənlər bu seçkidə də Ülvi Quliyevi dəstəklədiklərini və növbəti beş ildə yola məhz onunla davam etmək qətiyyətlərini bir daha ifadə ediblər.

Görüşdə iştirak edən insanlara təşəkkürünü bildirən Ülvi Quliyev xüsusi vurğulayıb ki, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına, onların qayğı və problemlərinə həssas münasibət hər bir azərbaycanlının mənəvi borcudur.

Bu görüş ötən illərdəki görüşlərin davamıdır və heç şübhəsiz ki, elə bu səbəbdən sadəcə seçkidən-seçkiyə deyil, hər zaman onların yanında olur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri