25 
Yan
2020
12:32
351
42
2831
Virtual karabakh

İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

25 Yan, 2020
12:32
2831

İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

“Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri