25 
Yan
2020
15:58
217
53
2493
Virtual karabakh

Gülmirzə Cavadov Qala qəsəbəsində seçiciləri ilə görüş keçirib - FOTO

25 Yan, 2020
15:58
2493

Gülmirzə Cavadov Qala qəsəbəsində seçiciləri ilə görüş keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov seçicilərlə görüşlərini davam etdirir.

Deputatlığa namizəd bununla bağlı “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, Qala qəsəbəsində həmçinin Mədəniyyət Evinin akt zalında uşaqların və yeniyetmələrin karate məşqlərində iştirak edib:

“Həm uşaqlarla, həm valideynlərlə, həm də məşqçi ilə çox səmimi söhbətlər etdik. Vətənə xidmət üçün belə gənclərin yetişdirilməsində böyük rolu olan məşqçilərə təşəkkürlərimi bildirirəm, çünki milli ruhda, nizam-intizamlı, tərbiyəli uşaqların yetişdirilməsi Azərbaycanımız üçün çox vacibdir!

Mənim seçki platformamda da qeyd olunduğu kimi, mən Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan və Pirallahı qəsəbələrində yeniyetmələrin təhsillə bağlı və digər mədəni tədbirlərə geniş cəlb edilməsinə çalışacam və onların inkişafı üçün əlimdən gələni edəcəm!”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri