28 
Yan
2020
00:17
804
73
9603
Virtual karabakh

Prezident İlham Əliyev: “Bu sual mənə deyil, Neft Şirkətinə aiddir”

28 Yan, 2020
00:17
9603

Prezident İlham Əliyev: “Bu sual mənə deyil, Neft Şirkətinə aiddir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində “Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi” sualına cavabında bildirib.

Prezident qeyd edib ki, Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir:

“Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri