28 
Yan
2020
14:49
343
56
1837
Virtual karabakh

Azərbaycan: Çoxqütblü dünyanın tərəfdarı - Prezident İlham Əliyevin müsahibəsinin izi ilə

28 Yan, 2020
14:49
1837

Azərbaycan: Çoxqütblü dünyanın tərəfdarı - Prezident İlham Əliyevin müsahibəsinin izi ilə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibədə həm qlobal siyasət və iqtisadiyyat üçün maraq doğuran, həm də Azərbaycanın müasir dünyada müşahidə olunan tendensiyalara mövqeyi ilə bağlı bir sıra məsələlərə toxunub.

Beləliklə, Azərbaycanın dövlət başçısı çoxqütblü dünyanın qurulması perspektivi kimi bütün dünyanın taleyi üçün vacib olan məsələdə ölkəmizin mövqeyini bildirib.

Sözügedən məsələnin aktuallığı bir sıra ölkələrin (ilk növbədə Rusiya, Çin, Hindistan) yeni dünya nizamının formalaşmasına artan təsiri ilə əlaqədar qlobal siyasətdə aşkar dəyişikliklərlə bağlıdır.

Bu da, öz növbəsində, dünya işlərində “soyuq müharibə”nin  bitməsi və nəticədə, SSRİ-nin dağılmasına görə yaranan vəziyyətin dəyişməsinə gətirib çıxarır, hansı ki, tam dominantlıq bütün Şimali Atlantik məkanda flaqman rolunu oynayan yeganə supergücə – ABŞ-a keçdi. Belə bir çevrilmə nəticəsində XXI əsrin çoxqütblü dünyasının aydın konturları quruldu.

Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin “Müasir dünyada çoxqütblülüyün əlamətləri varmı?” sualına cavabı diqqətəlayiqdir.

“Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün, demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır”, - deyə Azərbaycan prezidenti vurğulayıb.

Bununla yanaşı, İlham Əliyev “Bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir”, - deyə düşüncələrini bölüşüb.

Beləliklə, Azərbaycan prezidenti nəinki müasir dünyada bir neçə güc mərkəzinin olduğunu təsdiqləyib, hansı ki, bu, onun çoxqütblüyü barədə danışmağa imkan verir, həmçinin, ölkəmizin bu tendensiyanın möhkəmlənməsində maraqlarını ifadə edib.

Qlobal güc mərkəzlərinin maraqlarını nəzərə almağa yönəlmiş Azərbaycanın balanslaşdırılmış xarici siyasəti Bakının beynəlxalq arenada mövqeyini gücləndirən uğurlu siyasətinin zəmanətlərindən biridir.

Bununla yanaşı, aydındır və İlham Əliyev də dəfələrlə təsdiqləyib ki, Azərbaycan üçün prioritet, sözsüz ki, onun milli maraqlarıdır, bunun əsasında dövlətimizin Qərb və Şərq, Şimal və Cənub ölkələri ilə əlaqələri qurulur, müxtəlif qitələri birləşdirən genişmiqyaslı, geostrateji layihələr həyata keçirilir.

İlham Əliyevin “dünyada sabitliyin zəmanəti” kimi çoxqütblü tendensiyanın müsbət xüsususiyyətini vurğulaması, milli maraqların regional və beynəlxalq miqyasda reallaşması məhz çoxqütblü dünyanın Azərbaycan və bir sıra ölkələr üçün qlobal nizamın daha cəlbedici formatı olduğunu təsdiqləyir.

Dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlamətinin olub-olmaması ilə bağlı suala İlham Əliyevin cavabı da diqqətəlayiqdir.

Azərbaycan prezidenti xatırladıb ki, “iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə.

Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən, beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir.

Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar”.

Sözügedən bəyanatda səsləndirilən bütün tezislər bütün ölkələrlə hamı üçün faydalı olan əməkdaşlıq formasına istiqamətlənən Azərbaycanın xarici siyasətinin təməlindən gəlir. Yəni Azərbaycan öz maraqlarını digər ölkələrə zərər vermədən həyata keçirən özünü təmin edən bir dövlətdir, diktatın heç bir təzahürünü - bir dövlətin digərinə öz iradəsini tətbiqini qəbul etmir, bir sözlə, güclü dövlətlərdən birinin qlobal hegemonluğunu şərtləndirən dünya nizamının qurulması ehtimalını rədd edir.

Davos Forumunun “Strateji Proqnoz: Avrasiya” panel iclası çərçivəsində İlham Əliyevin səsləndirdiyi “Azərbaycanın, o cümlədən, gənc nəslin əsas ideya və ideologiyası suverenlik, müstəqillik və öz mənbələrinə arxalanmasıdır” ifadəsi, həmçinin, Azərbaycan dövlət başçısının “Rossiya -24” telekanalına verdiyi müsahibəsi, dövlətimizin müstəqilliyinin – bütün iştirakçı ölkələrin maraqlarına uyğun olaraq, Bakının çoxqütblü dünyaya ahəngdar baxışlarına uyğun gələn prinsipinin ardıcıl olaraq dəstəklənməsinin sübutudur. 

Natiq Nazimoğlu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri