28 
Yan
2020
15:20
228
24
1409
Virtual karabakh

Azərbaycan “OPEC+” formatını neft bazarının sabitləşməsi üçün optimal hesab edir - TƏHLİL

28 Yan, 2020
15:20
1409

Azərbaycan “OPEC+” formatını neft bazarının sabitləşməsi üçün optimal hesab edir - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“OPEC+” formatında iştirak edən ölkələrin son iki ildə qlobal neft bazarında qiymətləri sabitləşdirmək səyləri tələb və təklif arasında sabit tarazlığı təmin edə bilib. Son zamanlarda iqtisadiyyata bağlı olmayan bir çox amillərin - İraqda və Liviyada qarşıdurmanın artması, Çində koronavirusun yayılmasının qiymət göstəricilərinə təzyiq göstərməsinə baxmayaraq, 2020-ci ilin əvvəlindən etibarən neftin qiyməti bir barel üçün 58-65 dollar diapazonunda saxlanıla bildi. “OPEC+” tərəfindən atılan addımlar burada mühüm rol oynayır və Azərbaycan kartelin neft qiymətlərini sabitləşdirmək səylərini tam dəstəkləməyə davam edəcək.

Belə ki, bir müddət əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bu il neft bazarının inkişaf perspektivləri və bu prosesdə “OPEC+”un rolu barədə danışıb.

“İnanıram ki, hazırkı qiymət səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Və indiki qiymətlər nəzərəçarpacaq qədər bu göstəricini yüksəldir”, - deyə Davosda “Rossiya-24” telekanalına müsahibə verən Prezident İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, “OPEC+” formatı çox effektlidir və mahiyyət etibarilə bu gün OPEC üzvü olmayan ölkələr kartel üzvlərinin siyasətini dəstəkləyir.

“Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib”, - deyə ölkə başçısı vurğulayıb.

Bu baxımdan, Azərbaycan rəhbərliyi öz öhdəliklərinə uyğun olaraq hasilatı azaldıb, strukturun işində fəal iştirak etməyə davam etmək niyyətindədir və yaxın gələcəkdə planlaşdırılan bu məsələnin müzakirəsi zamanı “OPEC+” əməliyyatının uzadılmasına dəstək verilməsini məqsədəuyğun hesab edir.

Xüsusilə dövlət başçısı qeyd edib ki, əməliyyatın uzadılmasından imtina edildiyi təqdirdə bazarda gözlənilməz reaksiyalar mümkündür, yenidən fərqli spekulyativ tendensiyalar və s. yarana bilər.

Eyni fikir Davosda Prezident İlham Əliyev və OPEC-in baş katibi Məhəmməd Barkindo arasında görüşdə səslənib. Dövlət başçısının sözlərinə görə, “OPEC+” çərçivəsində tərəfdaşlığın bənzərsiz bir formatının yaradılması həqiqətən mümkün oldu: OPEC-ə üzv olan və olmayan bir çox ölkələri, böyük və kiçik neft istehsalçılarını birləşdirən, eyni zamanda, qəbul edilmiş qərarları səmərəli şəkildə həyata keçirəcək başqa bir beynəlxalq təşkilatın adını çəkmək çətindir.

Buna fəaliyyətdə olan monitorinq mexanizminin formalaşması kömək edib və eyni zamanda, bu müddətdə iştirak edənlərin əksəriyyəti razılaşmaları həyata keçirməyə çalışır.

OPEC-ə daxil olan bütün dövlətlər, bütövlükdə istehsalın azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirsələr də, kartelə daxil olmayan ölkələr sazişi cəmi 59 faiz yerinə yetirdilər. Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Qazaxıstan öz öhdəliklərini 56 faiz, Oman 77 faiz, Rusiya 66 faiz yerinə yetirərək İraqdakı kvotaları xeyli üstələyib, Nigeriya və BƏƏ isə istehsalın cüzi azaldığını nümayiş etdirib. Burada qeyd etmək yerinə düşər ki, ötən il Azərbaycan “OPEC+” sazişləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirib.

Buna baxmayaraq, kartel xaricindəki ölkələrin əksəriyyəti “OPEC+” ilə əməkdaşlıq etməyə hazırlaşır və əsas odur ki, ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı və Rusiya “OPEC+” formatının qorunmasının zəruriliyi barədə danışırlar.

Xüsusilə Səudiyyə Ərəbistanı keçən il neftin azaldılması üçün daha çox səy göstərdi və gələcəkdə də bu siyasəti davam etdirmək niyyətindədir. Öz növbəsində, Rusiyanın Energetika naziri Alexander Novak hesab edir ki, bu gün heç kim neft bazarında köklü dəyişikliklərə ehtiyac duymur, buna görə də Rusiya Federasiyasının “OPEC+” formatında iştirakı bu il də davam edəcək.

Rusiyada Moskvanın 2018-ci ilin oktyabr ayında qəbul edilən razılaşmanın parametrlərinin dəyişdirilməsinin əleyhinə olmasına və 2020-ci ilin mart ayının sonuna qədər neft hasilatını gündə 1.2 milyon barel azaltmasına və bu göstəricini 1.7 milyon bar/s-a çatdırmasına baxmayaraq, kartel ilə saziş formatında iştiraklarını davam etdirməyi məqsədəuyğun hesab edirlər.

Neft hasilatının azaldılmasının ümumi səviyyəsinin razılığına, ölkə kvotalarının tənzimlənməsinə gəldikdə, bu məsələlərin bu ilin mart ayının əvvəlində (iclasın iyun ayına təxirə salınması istisna edilmir) OPEC və “OPEC+” AC nazirlərinin fövqəladə iclası zamanı müzakirə edilməsi planlaşdırılır.

Neft bazarında sabitliyin qorunması perspektivlərinə gəlincə, Çin və ABŞ arasında ticarət münasibətlərindəki gərginliyi, Yaxın Şərqdəki münaqişələrin dövri olaraq kəskinləşməsini və koronavirus epidemiyasının genişlənmə təhlükəsini nəzərə alsaq, əksər ekspertlər xammal qiymətlərinin kəskin enməsini mümkün hesab etmirlər. Bundan əlavə, ABŞ administrasiyasında OPEC-ə qarşı anti-monopoliya tədbirləri məsələsində aktivliyin azalması müşahidə olunur.

Bu faktlar bu il neft qiymətlərinin orta səviyyəsinin təxminən 2019-cu illə eyni olacağını göstərir. Buna Dünya Bankının 2020 və 2021-ci illərdə azalma nəticəsində bir barrel üçün orta qiymətin 59 dollar olacağını təxmin edən proqnozları da sübutdur.

Hansı ki, bu qiymət, 2019-cu ildə orta qiymətin 61 dollar səviyyəsindən çox da fərqlənmir. Bu, neftin barelinin 2020-ci ildə 58 dollara qədər ucuzlaşacağını təxmin edən Beynəlxalq Valyuta Fondunun təxminlərinə uyğundur.

Xəzər Axundov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri