Fev
2020
12:33
33
167
2108
Virtual karabakh

Fuad Muradov azərbaycanlıları fəal olmağa çağırdı - FOTO

8 Fev, 2020
12:33
2108

Fuad Muradov azərbaycanlıları fəal olmağa çağırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Ər-Riyad şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib.

DİDK-in Mətbuat xidmətindən verilən məlumata görə, dövlət himninin səsləndirilməsilə başlayan görüşü giriş sözü ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Dövlət Komitəsinin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib.

Sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verən Dövlət Komitəsinin sədri Fuad Muradov diqqəti “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya Şuralarının təsis olunmasına, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinə, diaspor xəritəsinə, hazırlanan təbliğat vasitələrinin sosial şəbəkələrdə yayılmasına və digər məsələlərə cəlb edib.

O, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.

DİDK nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açıblar, milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

Səsləndirilən problemlərin bəzilərinə tədbirin gedişi zamanı operativ şəkildə aydınlıq gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri