13 
Fev
2020
16:34
209
24
5964
Virtual karabakh

MSK onun akkreditasiyasını ləğv etdi

13 Fev, 2020
16:34
5964

MSK onun akkreditasiyasını ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.  

Oxu.Az-ın xəbərinə görə, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, müraciəti müşahidə missiyasının rəhbəri ünvanlayıb. 

Müraciət müşahidəçilərdən biri – Aygün Akttarın beynəlxalq akkreditasiyasının ləğv olunması ilə bağlıdır. 

“MSK qərara alır ki, müraciət təmin edilsin. Qərara alınır ki, Aygün Akttara verilən lövhəcik etibarsız hesab edilsin. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir”, - deyə R.Qasımov qərarı oxuyub. 

MSK sədri Məzahir Pənahov isə müraciətin konkret hansı səbəblə bağlı olduğunun açıqlanmasını tələb edib. İclasda iştirak edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri isə deyib ki, səbəbi yalnız missiyanın rəhbəri açıqlaya bilər. 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, məsələ aydınlaşdırılmadan Aygün Akttarın akkreditasiyası ləğv edilə bilməz. 

Sonda qərara alınıb ki, akkreditasiya ləğv edilsin.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə seçkilər keçirilib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri