14 
Fev
2020
01:15
195
46
5181
Virtual karabakh

Məşhur xarici telekanalda Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb - VİDEO

14 Fev, 2020
01:15
5181

Məşhur xarici telekanalda Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın daha bir tanınmış telekanalında Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanmış xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, 1+1 telekanalında yayımlanmış reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində müasir tipli qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid, poliklinika inşa olunub.

Süjetdə Cocuq Mərcanlı kəndində parlament seçkiləri ilə bağlı yaradılan şərait, səsvermə prosesi də yer alıb.

Xatırladaq ki, “UKRAYNA” telekanalında da Cocuq Mərcanlı kəndindən reportaj yayımlanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri