15 
Fev
2020
00:05
41
139
4237
Virtual karabakh

Hikmət Hacıyev NTV-yə müsahibə verib: “Təcavüzkar ölkə özünü sülh tərəfdarı kimi göstərməyə çalışır” - VİDEO

15 Fev, 2020
00:05
4237

Hikmət Hacıyev NTV-yə müsahibə verib: “Təcavüzkar ölkə özünü sülh tərəfdarı kimi göstərməyə çalışır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayıb.

Müsahibədə türkdilli tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət barədə məlumat verilir. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından ötən ili münaqişənin həlli baxımından itirilmiş il kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, təcavüzkar ölkə üzdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, əslində, işğalçılıq siyasətindən əl çəkmir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırladan Hikmət Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız mərhələli qaydada həllini tapmalıdır. Çünki bu münaqişənin ortaya çıxardığı və həllini gözləyən mühüm məqamlar var. Bunun üçün, ilk növbədə, işğalçı Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında saxlanılan bütün Azərbaycan ərazilərini tərk etməlidir. Sonra bu bölgələrdən məcburi köçkün azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar. Əgər bu baş verərsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hüquqi cəhətdən həyata keçirilmiş olar.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri