15 
Fev
2020
09:06
466
30
10940
Virtual karabakh

MSK dörd nəfərin üstündən daha bir “xətt çəkdi”

15 Fev, 2020
09:06
10940

MSK dörd nəfərin üstündən daha bir “xətt çəkdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin dairələr üzrə lider namizədlər siyahısından dörd nəfərin adı çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, həmin şəxslər Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadədir.

Ötən gün onların adı hələ də lider namizədlər siyahısında qalırdı.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız hesab edilib.

Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

Həmin dairələr üzrə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd elan olunmuşdu.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri