15 
Fev
2020
14:14
17
261
2862
Virtual karabakh

MSK rəsmisi: “Bəzi namizədlər cəmiyyəti çaşdırırlar” - VİDEO

15 Fev, 2020
14:14
2862

MSK rəsmisi: “Bəzi namizədlər cəmiyyəti çaşdırırlar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan müraciətlərə baxılır. 

Oxu.Az-ın məlumatına görə, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bəzi namizədlər cəmiyyəti çaşdıra biləcək fikirlər səsləndirirlər. 

R.Qasımov deputatlığa namizədlərin MSK qarşısında keçirdiyi aksiyaya münasibət bildirərkən qeyd edib ki, müraciətlər dairə seçki komissiyalarına göndərilib. 

Onun sözlərinə görə, bəzi namizədlərin MSK-nın iclasına dəvət edilməməsinin səbəbi müraciətlərin dairə seçki komissiyasına göndərilməsidir. 

“Dairə seçki komissiyaları müvafiq qərar qəbul etdikdən sonra şikayət edən namizədləri MSK-nın iclasına dəvət edəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, bir neçə namizəd MSK-nın iclası başlamamışdan öncə qurum qarşısında etirazlar səsləndiriblər. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri