17 
Fev
2020
16:44
129
35
5836
Virtual karabakh

MSK-da Tahir Mirkişili ilə bağlı şikayətə baxıldı - YENİLƏNİB

17 Fev, 2020
16:44
5836

MSK-da Tahir Mirkişili ilə bağlı şikayətə baxıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MSK-da bu gün Milli Məclisə seçkilərlə əlaqədar şikayətlərə baxılıb. 

Oxu.Az xəbər verir ki, iclasda, həmçinin, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.

16:19

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova qurumun iclasında bildirib.  

Onun sözlərinə görə, müraciət araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilib. 

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Tahir Mirkişilidir. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri