17 
Fev
2020
17:41
293
64
4720
Virtual karabakh

İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırdı

17 Fev, 2020
17:41
4720

İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, otuz iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri