19 
Fev
2020
17:49
544
62
5733
Virtual karabakh

İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi - FOTO

19 Fev, 2020
17:49
5733

İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb.

Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri