20 
Fev
2020
19:38
463
59
3219
Virtual karabakh

İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşdü - FOTO/VİDEO

20 Fev, 2020
19:38
3219

İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb. 

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdiriblər. 

İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırladıb. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd edib. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Prezident deyib ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərib. Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd edib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirdi. Xüsusi qeyd olundu ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır. 

Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulanıb. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri