25 
Fev
2020
13:36
665
79
7767
Virtual karabakh

Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO

25 Fev, 2020
13:36
7767

Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib. 

Oxu.Az xəbər verir ki, Ərdoğanı Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Şimal Kipr Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb. 

11:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı vaxtı ilə 11:15-də Azərbaycana yola düşüb. 

Oxu.Az xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportunda Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay və Ankara valisi Vasip Şahin yola salıb. 

Türkiyə prezidentini Azərbaycan səfərində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Berat Albayrak, Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fahrettin Altun, Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan müşayiət edəcək. 

09:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək. 

Oxu.Az xəbər verir ki, birgünlük səfər çərçivəsində Türkiyə prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək. 

Bundan başqa, Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri