26 
Fev
2020
11:45
25
113
2974
Virtual karabakh

İranlı general Azərbaycanın Müdafiə nazirinin müavini ilə nələri müzakirə etdi?

26 Fev, 2020
11:45
2974

İranlı general Azərbaycanın Müdafiə nazirinin müavini ilə nələri müzakirə etdi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq və diplomatik məsələlər departamentinin rəhbəri Qadir Nizami ilə Azərbaycanın Müdafiə nazirinin müavini Fuad Məmmədov arasında görüş keçirilib.

Bu barədə “Mehrnews” xəbər yayıb.

Görüşdə hər iki tərəfdən hərbi ekspertlər də iştirak edib.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Hərbi nümayəndələrin, hərbi təhsil alan şəxslərin mübadiləsi barədə, birgə təlimlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün proqramına anlaşma memorandumunun imzalanması da daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri