26 
Fev
2020
14:27
215
10
1689
Virtual karabakh

İƏT-in baş katibi Xocalı ilə bağlı bəyanat verdi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Oxu.Az-ın məlumatına görə, Baş katib bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Xocalı faciəsi baş verib.

Bəyanatda xatırlanıb ki, İƏT Nazirlər Şurasının 2019-cu ildə Abu-Dabidə keçirilmiş 46-cı sessiyasında Azərbaycan ərazilərində mülki azərbaycanlılara qarşı törədilən əməllərə qiymət verilib.

“Bu əməllər müharibə, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirilib”, - deyə bəyanatda bildirilib.

Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə diqqət çəkilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri