27 
Fev
2020
15:45
86
28
2687
Virtual karabakh

Səfir Türkiyədən Azərbaycana uçuşlardan danışdı

27 Fev, 2020
15:45
2687

Səfir Türkiyədən Azərbaycana uçuşlardan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türk Hava Yolları”nın Naxçıvana uçuşları müvəqqəti olaraq dayandırmasına aydınlıq gətirib.

APA-nın məlumatına görə, E.Özoral bildirib ki, Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında quru sərhədi bağlı deyil, yüklər və nəqliyyat sərbəst hərəkət edir.

Bununla belə, səfir deyib ki, koronavirus təhlükəsi ilə bağlı havada sərnişinlərə nəzarət etmək mümkün olmadığından Naxçıvana uçuşlar hələlik müvəqqəti dayandırılıb:

“Koronavirus təhlükəsi ilə bağlı indidən bir söz demək mümkün deyil. Bu səbəbdən uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək olmur”.  

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri