18 
Mar
2020
14:07
171
41
3342
Virtual karabakh

Maksim Şevçenko: “Ermənistanda nasist Qaregin Njde ilə öyünülməsi təəccüblü deyil” - ŞƏRH

18 Mar, 2020
14:07
3342

Maksim Şevçenko: “Ermənistanda nasist Qaregin Njde ilə öyünülməsi təəccüblü deyil” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birdən-birə bir neçə erməni siyasi partiyası və ayrı-ayrı siyasi xadimlər (İrs Partiyası, Demokratik Vətən Partiyası, Ermənistanın Avropa Partiyası, Sasna Tsrer Ümumerməni Hərəkatı, Ara Papyan və başqaları) 16 mart tarixini xatırladılar. 1921-ci ildə məhz bu gün Yerevanda “Ermənistan Respublikası ərazisinin böyük hissəsinin ilhaqı üçün əsas” adlandırılan Rusiya və Türkiyə arasında Moskva müqaviləsi imzalanıb.

Erməni siyasətçiləri bildirirlər: “Bolşevik Rusiyası və Kamalist Türkiyə Ermənistan Respublikasının ilhaqını və işğalını həyata keçirib”.

Bəyanatı imzalayanların fikrincə, 2 dekabr 1920-ci ildən 1991-ci ildə SSRİ-nin dağılmasınadək Ermənistan Respublikası beynəlxalq hüquqa əsasən işğal edilmiş ərazi olub.

Bundan əlavə, Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan “Lragir” nəşrinə müsahibəsində bildirib: “Ruslar Ermənistan qarşısında günahkar olduqlarını hiss edirlər. Onlar bizim ləyaqət hüququmuzu tanımır və bizi öz imperiyaları üçün “qidalandırıcı mühit” hesab edirlər. Ancaq artıq dünyada rus xalqının vəziyyətini adekvat qiymətləndirən və müttəfiq axtaran realist qüvvələr var. Bu, zəifin, hətta hardasa bir cinayətkarın münasibətidir. Onlar ermənilərə qarşı özlərini günahkar hiss edirlər...Onlar bundan imtina etmədikcə Ermənistan qarşısında cinayətkar və təqsirkardırlar”.

A.Arşakyan bildirib ki, Rusiya hələ Ermənistan qarşısında üzr də istəməlidir: “O zaman kiminlə iş gördüyümüzü ayırd edərik”.

Sözügedən məsələni şərh etmək üçün Media.Az məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenkoya müraciət edib.

- Ermənistanda ölkənin Rusiya tərəfindən işğal edilməsi barədə danışırlar...

-  Bu, absurddur. Belə çıxır ki, indiki Ermənistan Ermənistan SSR-nin varisi deyil? Əgər bu işğal olubsa, o zaman necə işğalçı rejimin varisi olmaq mümkündür? Erməni xalqının bir çox görkəmli simaları SSRİ-nin inkişafına öz töhfələrini verib. Mən başa düşürəm, dövr dəyişib, bu gün müstəqil dövlətlər - Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və başqaları var. Bəli, reallıq budur. Ancaq “amerikalı sahibindən” öz “30 gümüş sikkə”sini almaq arzusu ilə sovet dövrünə təpik atanlar, mənim fikrimcə, sadəcə dəlidir.

Azərbaycanda xalqın, ölkə rəhbərliyinin, SSRİ Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevin siyasətinin davam etdirilməsi sayəsində sovet dövrünün Azərbaycan üçün çox böyük rol oynadığını başa düşməsi çox xoşuma gəlir. Azərbaycan aqrar bir ölkə kimi SSRİ-nin tərkibinə daxil oldu və güclü elmi, hətta akademik bazası olan bir dövlət kimi onun tərkibindən çıxdı. Gəlin, Azərbaycanın Elmlər Akademiyasını xatırlayaq. Bura SSRİ məkanında ən güclü elmi mərkəzlərdən biri idi.

Sovet dövründə heç kim kiminsə haradan gəldiyinə baxmırdı. Açıq məlumat mübadiləsi var idi. Təəssüf ki, bu gün hər bir ayrı dövlət üçün SSRİ dövründəki səviyyəni saxlamaq çətindir.

Ancaq barəsində danışdığınız erməni siyasətçilərinin mövqeyinə qayıtsaq, bu sadəcə, dəlilikdir və təkrar edirəm, absurddur. Təəccüblü deyil ki, orada açıq-aşkar nasist olan Qaregin Njde ilə bu cür öyünürlər...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri