20 
Mar
2020
12:32
48
92
5871
Virtual karabakh

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

20 Mar, 2020
12:32
5871

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 4 mart tarixli qərarını ləğv edib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə martın 19-da Konstitusiya Məhkəməsinin Plenumunun iclasında qərar çıxarılıb. 

Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının Q.Məmmədovun K.Gülməmmədova, A.Məmmədova, V.Rəhimova qarşı alqı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə qərarı yoxlanılıb. 

Bildirilib ki, qərar Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir.

İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılacaq. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri