20 
Mar
2020
13:29
245
120
1366
Virtual karabakh

ABŞ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib - VİDEO

20 Mar, 2020
13:29
1366

ABŞ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberger Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında səfirin təbriki ilə bağlı videomüraciət yayılıb.

Səfir bildirib ki, bu gün Azərbaycan Novruz bayramını qeyd edir:

“Çox güman ki, azərbaycanlılar üçün köhnə ilin sonu və yeni ilin başlanğıcını simvolizə edən Novruzdan vacib heç bir bayram yoxdur. Novruz günlərində Azərbaycan xalqı qarşıdan gələn baharı gözəl, qədim ənənələri ilə salamlayır.

Bu il bir çox azərbaycanlı koronavirusun yayılmasının qarşısını almaq üçün Novruzu fərqli qeyd edəcək. Qlobal vətəndaşlar olaraq hamımızın sağlam qalması üçün əlimizdən gələni etməliyik. Asqıranda və öskürəndə ağzınızı qolun dirsək hissəsi ilə tutmalı, əllərimizi tez-tez yumalı və əgər xəstələnmişiksə, evdə qalmalıyıq. Ümid edək ki, bu Novruz hamıya barış, firavanlıq və xüsusilə can sağlığı gətirəcək. Novruz bayramınız mübarək!".

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri