26 
Mar
2020
12:52
29
319
5495
Virtual karabakh

Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

26 Mar, 2020
12:52
5495

Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından xahiş olunacaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət olunsun”.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu yaşı 65-i keçən deputatların parlamentin iclasına qatılıb-qatılmayacağı barədə sualı cavablandırarkən deyib.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlamentin 27 deputatının yaşı 65-dən yuxarıdır.

Martın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.  

Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri