27 
Mar
2020
13:41
124
32
3718
Virtual karabakh

Vadim Rabinoviç: “Karantinlə bağlı gecikmək olmazdı” – MÜSAHİBƏ

27 Mar, 2020
13:41
3718

Vadim Rabinoviç: “Karantinlə bağlı gecikmək olmazdı” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın yeni Baş naziri Denis Şmıqal martın 25-də bütün ölkə ərazisində fövqəladə vəziyyətin tətbiq olunduğunu və karantin müddətinin 30 gün uzadılaraq, aprelin 24-nə qədər tətbiq ediləcəyini elan edib.

Bundan əlavə, Ukrayna hökumətinin başçısı fövqəladə çağırışlara cavab vermək və böhran əleyhinə tədbirlər hazırlamaq məqsədi daşıyan “strateji platforma” yaradıldığını açıqlayıb.

Denis Şmıqalın sözlərinə görə, koronavirus pandemiyası və iqtisadi böhran Ukraynanın bütün tarixi ərzində ən ciddi təhdidlərdən biridir.

Bundan əlavə, martın 24-də Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 40 faizi karantin tədbirlərinin sərtləşdirilməsini istəyib, 33,4 faizi tətbiq edilmiş tədbirləri adekvat hesab edib, 21,9 faizi məhdudiyyətlərin daha az olmasını arzulayıb, 1,5 faizi isə məhdudiyyətə gərək olmadığını bildirib.

Sorğunun nəticələrinə əsasən, indi ukraynalıları narahat edən ən vacib problemlər bunlardır: yaxınlarının sağlamlığı (64,5%), vəziyyətin qeyri-müəyyənliyi (46,3%), xəstələnmək qorxusu (32,1%), yaranmış maliyyə problemləri (28,5%) və evdə oturmağın çətinliyi (27,5%).

Bununla yanaşı, Ukraynada koronavirusun yayılması respondentlərin 88,2 faizini narahat və ya çox ciddi narahat edir. Sorğu iştirakçılarının 5,9 faizi isə bu vəziyyətdən narahat deyil.

Media.Az məsələ ilə bağlı məşhur ukraynalı siyasətçi, “Müxalif platforma – Həyat naminə” Partiyasının həmsədri, Ukraynanın millət vəkili Vadim Rabinoviçin fikirlərini öyrənib.

- Ukraynada karantin 30 gün müddətinə uzadıldı və fövqəladə rejim tətbiq olundu. Ölkə iqtisadiyyatı bu vəziyyətə tab gətirəcəkmi? Fikrinizcə, hökumətin həyata keçirdiyi tədbirlər nə dərəcədə düşünülüb?

- Biz bunu bilmirik, çünki ölkə parlamenti qərarların qəbulundan tamamilə kənarlaşdırılıb. Ali Radanın deputatları Fövqəladə Vəziyyət üzrə Qərargaha daxil edilməyib, halbuki bizdə parlamentli-prezident respublikasıdır. Doğrudur, heç olmasa, bir həftə əvvəl parlament rəhbəri qərargahın tərkibinə daxil edildi. Təkpartiyalı çoxluq (“Xalqın xidmətçisi” Partiyası nəzərdə tutulur – red.) nəyi necə edəcəyinə özü qərar verir. Hər şeyi düzgün edirlərmi? Bu suala cavab yoxdur.

Ancaq hesab edirəm ki, bu gün vəziyyəti mürəkkəbləşdirmək lazım deyil. Son altı ildə aparılan islahatların sosial və iqtisadi fəlakətə çevrildiyini görürük.

Səhiyyə tamamilə bərbad hala düşüb. İndi bunu danışmağın nə mənası?

- Bəs ölkə vətəndaşları bu proseslərə necə reaksiya verirlər? Nəqliyyatın dayandırılması, karantin...

- Fərqli reaksiya verirlər. Moskva metronu dayandırmadı, amma biz dayandırdıq. Lakin aydındır ki, karantin tədbirlərini gecikdirmək olmazdı. Bunu gecikən ölkələrə baxıb görə bilərik. Hansı daha yaxşıdır - karantinin uzadılması halında Ukraynanı gözləyə biləcək iqtisadi fəlakət, yoxsa çox sayda xəstələnmiş insan??

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri