Apr
2020
13:35
335
16
1299
Virtual karabakh

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

1 Apr, 2020
13:35
1299

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı məlumat yayıb.

Azərbaycanın NATO yanındakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda NATO-nun bu qondarma “seçkiləri” tanımadığı qeyd olunub.

Ceyms Appaturay həmçinin, ATƏT-in Minsk Qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri