Apr
2020
16:43
55
98
4348
Virtual karabakh

Oleq Jdanov: “Ermənistanda bir daha Qarabağdakı qoşunlara kimin rəhbərlik etdiyini göstərdilər” - MÜSAHİBƏ

1 Apr, 2020
16:43
4348

Oleq Jdanov: “Ermənistanda bir daha Qarabağdakı qoşunlara kimin rəhbərlik etdiyini göstərdilər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dünyanın heç bir ölkəsinin tanımadığı “seçkilər” Qarabağın “müdafiə ordusu”nun Ermənistanın işğalçı Silahlı Qüvvələri olduğu arqumentini təsdiqlədi.

“Səsvermə”dən bir qədər əvvəl “Sasna Tsrer” ümumerməni partiyasının liderlərindən biri Jirayr Sefilyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, birbaşa əmr verən və yüksək səviyyəli hərbi məmur kimi, bu “seçkilər”də Qarabağın “müdafiə ordusu”nun iştirakını qadağan etməyə çağıran bəyanatla çıxış edib.

Ukraynanın tanınmış hərbi mütəxəssisi, ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin keçmiş əməkdaşı Oleq Jdanov vəziyyəti Media.Az-a şərh edib.

- İşğal olunmuş Qarabağ ərazisində hətta koronavirus pandemiyası fonunda “seçkilər” keçirildi. Avropa İttifaqı, Estoniya, Gürcüstan, Ukrayna və bir çox başqa dövlətlər artıq bu “səsvermə”ni tanımadıqlarını açıqlayıblar...

- Bu cür hərəkətlər (işğal olunmuş ərazilərdə “seçkilər” -  red.) barışıq prosesinə kömək etmir. Ancaq mənim üçün Ermənistanın beynəlxalq hüquqdan yayınan bu cür davranışı təəccüblü deyil.

- Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə Qarabağın “müdafiə ordusu” heyətinə “səsvermə”nin qadağan olunması barəsində çağırış maraq doğurur. Bu, faktiki olaraq, işğalçı qüvvələrə əmr verən şəxsin kim olduğunun növbəti etirafıdır?

- Bəli, onlar işğal altında olan Dağlıq Qarabağda qoşunlara kimin rəhbərlik etdiyini bir daha göstərdilər. Yeri gəlmişkən, burada Donbasdakı vəziyyətlə bağlı çox oxşarlıq var. Bölgələrimizdə qeyri-sabitliyin kimə lazım olduğunu başa düşürük.

- Bəs Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına edilən bu müraciət beynəlxalq strukturlara müraciət etmək üçün dəlil ola bilər? Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının BMT və digər təşkilatlar tərəfindən tanınması faktı var...

- Belə vəziyyətdə bir məsəl yerinə düşür: “Səbr və əmək - hamısı nəticə verəcək”.

Ermənistanın işğalda iştirakını daim göstərmək, bunu sənədləşdirmək və həmişə bəyan etmək lazımdır. Məlumatlar toplamaq lazımdır, o cümlədən, beynəlxalq məhkəmələrdə iddialar üçün (hələ ki, onlar fəaliyyət göstərir və beynəlxalq hüquq sistemi tamamilə çökməyib). Bu cür hallar nə qədər çox olarsa, Azərbaycanın lehinə arqumentlər də bir o qədər çox olar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri