Apr
2020
12:48
205
18
2889
Virtual karabakh

Dmitri Savelyev: “Qarabağdakı “seçkilər” Qafqaz ölkələrinə problemlər gətirə bilər” - ŞƏRH

3 Apr, 2020
12:48
2889

Dmitri Savelyev: “Qarabağdakı “seçkilər” Qafqaz ölkələrinə problemlər gətirə bilər” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər keçirildi və nəticədə, Media.Az-ın da proqnozlaşdırdığı kimi separatçı lider “fəxri adı” üçün iki əsas namizəd müəyyənləşdi. Bunlar Araik Arutyunyan və Masis Mailyandır. Hər iki namizəd Ermənistanın baş naziri Nikol Paşinyan üçün əlverişlidir.

“Seçkilər”in ikinci turu aprelin 14-də keçirilməlidir. Eyni zamanda, “seçkilərin ilk turu”ndan əvvəl olduğu kimi, koronavirus pandemiyası səbəbindən səsvermənin ləğvinə çağırışlar edilir. Ancaq bu tələblər tanınmamış qondarma respublikanı o qədər də maraqlandırmır.

Artıq dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar işğal olunmuş Qarabağda keçirilən “seçkiləri” tanımadıqlarını bəyan ediblər.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Media.Az-la bununla bağlı fikirləri ilə bölüşüb:

- Bu hadisə Qafqaz bölgəsinin bütün ölkələrinə problemlər gətirə bilər. Dağlıq Qarabağda “seçkilərin” keçirilməsi, nəticələrindən asılı olmayaraq, mənasızdır. Çünki beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bu “seçkiləri” tanımır. Xarici müşahidəçilərin prosesdə iştirak etməməsi və səsvermə zamanı yerli “müxalifət” tərəfindən bir çox qanun pozuntularının qeydə alınması faktı üzərində dayanmayacağam. Əsas odur ki, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən əvvəlcədən də bildirildiyi kimi, bu hadisənin heç bir hüquqi qüvvəsi yoxdur və Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran, Pakistan, Ukrayna, Gürcüstan və Estoniya kimi BMT-yə üzv dövlətlər bu addımı qınayıblar.

Vacib olan başqadır: qanunsuz “seçkilər” həm sülh danışıqlarına, həm də Dağlıq Qarabağdakı münaqişənin həlli prosesinə zərbə vurmaq üçün edilən daha bir cəhd idi, çünki bunun sülh kursunun pozulmasına yönəldilməsi göz qabağındadır.

Eyni zamanda, Rusiyanın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrləri belə cəhdlərin danışıqlar prosesinə və Dağlıq Qarabağın yekun statusuna təsir göstərməyəcəyini bildiriblər.

Daha təhlükəli olan isə bütün dünyanın pandemiya ilə mübarizə etdiyi bir vaxtda keçirilən “seçkilər” və burada insanların iştirak etməsidir. Bu, koronavirus infeksiyasının yayılmasına səbəb ola bilər.

Təşkilatçılar iddia edirlər ki, Dağlıq Qarabağda COVID-19-a yoluxma halı qeydə alınmayıb.

Lakin buna şübhə ilə yanaşmaq lazımdır. Qondarma respublika Ermənistanla çox sıx inteqrasiya edib, orada isə yüzlərlə insanın koronavirusa yoluxduğu məlumdur. Həmçinin, işğalçı ölkə bu gün yoluxma halına görə, siyahının ilk yerlərində qərarlaşan İranla həmsərhəddir.

Bundan əlavə, Dağlıq Qarabağdakı erməni icmasının bir sıra üzvlərinin məlumatlarına görə, koronavirusa yoluxma hallarının əhalidən gizlədildiyi istisna edilmir. Çünki “respublika”da tibb işçiləri çatışmır, COVID-19-un təyin edilməsi üçün heç bir test yoxdur, səhiyyə sistemində ciddi problemlər var. Yaxın gələcəkdə bu ərazinin Ermənistan pasportu daşıyan sakinlərinin qonşu rayonlarda və bütövlükdə, dünyada sərbəst hərəkət edə biləcəyi təqdirdə nələr ola biləcəyini təsəvvür etmək dəhşətlidir.

Şübhəsiz ki, Azərbaycan sərhədlərinin bütövlüyü toxunulmaz qalsaydı, belə bir təhlükə olmazdı. Azərbaycanda yoluxmuş insanların sayı Ermənistanda olduğundan xeyli azdır. Həmçinin, rəsmi Bakı insanların bir-biri ilə təmaslarını minimuma endirmək üçün metronun fəaliyyətini dayandırmaq da daxil olmaqla, misli görünməmiş bir sıra tədbirlər həyata keçirir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi və ölkədə tətbiq olunan karantin vəziyyəti infeksiyaya yoluxma dərəcəsini xeyli azalda, hətta tam aradan qaldıra bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri