Apr
2020
16:52
41
193
5840
Virtual karabakh

Milli Məclis yanında komissiyanın sədri bəlli oldu

4 Apr, 2020
16:52
5840

Milli Məclis yanında komissiyanın sədri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib. 

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda təşkilatı məsələlərə baxılıb.

İlk iclasa sədrlik edən komissiyanın üzvü Nizami Cəfərov komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirilib. 

Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, komissiyanın katibi vəzifəsinə isə parlamentin Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürüb. 

Komissiya üzvləri məsələyə münasibət bildirərək, hər üç şəxsin namizədliyini dəstəkləyiblər.

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Aqşin Kərimov 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri