Apr
2020
18:14
34
154
2922
Virtual karabakh

Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edir - FOTO

9 Apr, 2020
18:14
2922

Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesabat hazırlayaraq jurnal formasında dərc edib.

Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, 98 səhifəlik İcmal Hesabat Milli Məclis üzvlərinin, jurnalistlərin, ekspertlərin və hər bir vətəndaşın hökumətin illik fəaliyyətinə dair asanlıqla və qısa müddətdə ətraflı məlumat ala bilməsi məqsədilə hazırlanıb.

İcmal Hesabatla Nazirlər Kabinetinin saytında da tanış olmaq mümkündür.

https://cabmin.gov.az/az/article/798/

İcmal Hesabat ön söz, makroiqtisadiyyat, maliyyə-bank və fiskal sektor, sosial siyasət, sənaye, enerji sektoru, kənd təsərrüfatı və ekologiya, tikinti və mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ticarət, sahibkarlığın inkişafı və investisiya siyasəti, regionların inkişafı, turizm, təhsil, elm və mədəniyyət, səhiyyə, müdafiə və təhlükəsizlik, ədliyyə sistemi və qanunvericilik, vətəndaşlara xidmət və sosial innovasiyalar, nəhayət beynəlxalq əlaqələr daxil olmaqla 20 bölmədən ibarətdir.

İlk dəfədir ki, Nazirlər Kabineti illik hesabatı geniş forma ilə yanaşı belə qısa icmal formasında da təqdim edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri