Apr
2020
22:40
751
58
4891
Virtual karabakh

Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

9 Apr, 2020
22:40
4891

Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması separatçı rejimin keçirdiyi “seçkilər”dən asılı deyil”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur. Eyni zamanda, gələcək sülh prosesinin həlli qeyd olunan hadisədən hər hansı bir şəkildə asılı olduğuna inanmırıq”-deyə M. Zaxarova bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri