10 
Apr
2020
13:20
209
32
3029
Virtual karabakh

Türk Şurasının Zirvə görüşü başladı - VİDEO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.

Gazetevatan.com xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə baş tutub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus iştirak edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri