May
2020
09:49
883
74
6079
Virtual karabakh

İlham Əliyev “Molotov kokteyli”ni azərbaycanlı alimin icad etməsindən danışıb

9 May, 2020
09:49
6079

İlham Əliyev “Molotov kokteyli”ni azərbaycanlı alimin icad etməsindən danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan elminin təmsilçiləri Qızıl Ordunun qələbəsinə əhəmiyyətli töhfə veriblər, buna misal “Molotov kokteyli”dir”.

“RİA Novosti” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yaxın günlərdə nəşr ediləcək “Milli müdafiə” jurnalının may buraxılışına verdiyi müsahibəsində deyib.

“Eyni zamanda, bizim ümumi qələbəmizə Azərbaycan elminin təmsilçiləri əhəmiyyətli töhfə veriblər. Bu barədə az adamın məlumatı olsa da, Azərbaycanın böyük alimi Yusif Məmmədəliyev "Molotov kokteyli" olaraq tanınan alovlandırıcı qarışıq icad edib”, - deyə Prezident İlham Əliyev bildirib.

“Molotov kokteyli” alovlanan qarışığı olan şüşəyə deyilir. Bu termin ən çox yayılmış versiyaya görə, SSRİ-Finlandiya müharibəsi (1939-1940) dövründə ortaya çıxıb. Əvvəlcə finlərin sovet tanklarına atdığı bu cür mərmilərə “Molotov üçün kokteyl” deyilirdi (SSRİ Xarici İşlər Komissarı). Lakin zaman keçdikcə sözönü itdi və “kokteyllər” nasist ordusuna qarşı mübarizədə istifadə olunmağa başladı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri