19 
May
2020
12:32
98
36
3340
Virtual karabakh

Pavel Klaçkov Aİ-nin Ermənistandakı bəyanatı barədə: “Azərbaycan özünü alçaltmayacaq” - ŞƏRH

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəsi Andrea Viktorin bəyanat verərək, Aİ-nın “Qarabağ xalqı” ilə həmrəy olduğunu bildirib (Yerevanın “Lragir” və news.am nəşrlərindən sitat).

Üstəlik, orijinal variantda “Artsax” sözündən istifadə edilmişdi. Qarabağın hansı xalqından söhbət gedir? Yalnız erməni sakinlərindən, yoxsa azərbaycanlılar da daxildir?

Rəsmi Bakı Prezident İlham Əliyevin adından dəfələrlə bəyan edib ki, xalq deyil, yalnız sakinlər haqqında danışmaq olar. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından əvvəl Qarabağda yaşayan azərbaycanlıların, rusların və digər millətlərin nümayəndələrinin maraqlarını nəzərə almaq lazımdır. Bununla belə, Aİ nümayəndəsi “Artsax” haqqında təxribatçı ifadələr işlətməkdən çəkinmir.

Yeri gəlmişkən, erməni mediası mətni redaktə etdi. Lakin internet, demək olar ki, dərc olunan hər şeyi “yadda saxlayır”. Bizim etdiyimiz “skrin” də buna sübutdur.

Bu, Aİ nümayəndələrinin Avropa İttifaqından gələn “göstərişlərlə” razılaşmayan Azərbaycanın prinsipial mövqeyinə reaksiyası ola bilər?

Rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru, fəlsəfə doktoru Pavel Klaçkov Media.Az üçün vəziyyəti şərh edib.

Qeyd edək ki, söhbət Yerevan nəşrlərinin bəyanatın başlığını və mətnini dəyişdirməsindən sonra baş tutub. Ancaq bu, mahiyyəti dəyişmir.

- Nümayəndələri belə açıqlamalar verən Avropa İttifaqının Azərbaycana təzyiq göstərməyə çalışdığını söyləmək olar?

- Avropa İttifaqı hazırda çox ciddi sınaqlardan keçir. Belə təəssürat yaranır ki, qurumun möhkəmliyi böyük təhlükə altındadır. Avropa İttifaqının üzvləri arasındakı münasibətlərdə çatlar daha çox nəzərə çarpır, qarşılıqlı anlaşmalar azalır. Britaniyalılar buna nümunə göstərdilər (Böyük Britaniyanın Aİ-dən çıxması - red.). Postpandemiya dövründə də Avropada Britaniyada baş verən proseslərə bənzər hadisələr başlaya bilər.

Məhz buna görə, indi Avropa bürokratiyası üçün effektivliyini göstərmək, ən azı ani uğuru nümayiş etdirmək vacibdir. Bu, bürokratların və biznes nümayəndələrinin geniş təbəqəsinin parazitlik etdiyi böyük pullar, həmçinin nəhəng geosiyasi konstruksiyanın davamlılığı məsələsidir. Əlbəttə ki, Azərbaycan nümunəsində “qamçı və kökə” prinsipi ilə kombinasiya aparmağa cəhd edə bilərlər.

“Artsax xalqı” ilə bağlı bəyanat, belə görünür ki, təsadüfi deyil. Bu, Azərbaycanı daha itaətkar etmək, onu “Avropa İttifaqının qoltuğuna” qaytarmaq məqsədilə həyata keçirilən manipulyasiya üsuldur. Azərbaycan özünü alçaltmayacaq. Hesab edirəm ki, Bakı üçün hörmət və bərabər tərəfdaşlıq prinsipləri vacibdir.

- Bəs Qarabağ münaqişəsində Aİ-ni “parazitləşdirmək” nə qədər etikdir?

- Bu cür açıqlama verənlərin peşəkarlığına şübhəm var. Bunun bəzi lobbi qruplarının işinin nəticəsi ola biləcəyini də istisna etmirəm. Ancaq yenə deyirəm, Avropa İttifaqı çətin günlər keçirir. Brüssel qonşulara münasibətini dəyişməlidir, amma Aİ üçün bu, o qədər də asan deyil.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri