21 
May
2020
16:20
64
261
5827
Virtual karabakh

Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH

21 May, 2020
16:20
5827

Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan bu dəfə Cənubi Qafqazda lider mövqeyə yüksəlib, amma regionda əhalisinin koronavirus infeksiyasına yoluxması statistikasında.

Bu göstərici üzrə regionda liderlik qazanan Ermənistanda vəziyyət getdikcə daha acınacaqlı hal alır.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında həyəcan təbili çalıb, deyib ki, ölkədə koronavirusla bağlı vəziyyət pisdir.

Onun sözlərinə görə, mayın 20-də ölkədə daha 335 nəfər koronavirusa yoluxub.

Ümumilikdə, ölkə üzrə koronavirusa 5 min 606 yoluxma qeydə alınıb, həmin şəxslərdən 70 nəfəri ölüb.

Cənubi Qafqaz regionunun digər dövlətləri - Azərbaycan və Gürcüstanda ilk koronavirusa yoluxma fevralın sonunda qeydə alınıb. Ermənistanda koronavirusa ilk yoluxma halı martın 1-də təsdiqlənib.

Statistik rəqəmlərə əsasən, demək olar ki, Ermənistan koronavirus infeksiyasının yayılma sürətində öndədir.

Azərbaycanda bu zamana qədər 3 631 nəfər koronavirusa yoluxub, onlardan 43 nəfəri vəfat edib.

Gürcüstanda isə bu vaxta qədər 729 yoluxma və 12 ölüm qeydə alınıb.

“Kavkazskiy Uzel” portalı yazır ki, Ermənistanda əhalinin hər 100 min nəfərinə 162,88 yoluxma faktı düşür.

Azərbaycanda bu göstərici 33,62, Gürcüstanda isə 18,83 nəfərdir.

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına əsasən, ölkə əhalisinin sayı 2 milyon 961 min nəfərdir.

Ən son məlumatlara görə, Gürcüstanın əhalisinin sayı 3 milyon 723 min, Azərbaycan əhalisinin sayı isə 10 milyon 80 min nəfərdir.

Əhalisinin sayının azlığına baxmayaraq, Ermənistanda koronavirusa yoluxma və ölüm hallarının çoxluğu Ermənistan dövlətinin koronovirusla mübarizədə atdığı addımlarının iflası, hökumətin bu problemə laqeyd münasibətindən irəli gəlir. 

Küçə demokratlığından hakimiyyətə gələn Nikol Paşinyan administrasiyası ölkədə çətin iqtisadi durum, demoqrafik böhranın ağırlığı altında əzilirdi. Koronavirus pandemiyası Paşinyan hökumətinin çürüyən sütunlarını daha da laxlatmaqla hökumət üçün təhdidə çevrilib.

Bura ictimai etirazları, pik həddə çatan sosial gərginliyi də əlavə etsək, tənəzzülün astanasında dayanan Ermənistanın perspektivinin nə qədər şübhəli göründüyünü proqnozlaşdıra bilərik.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri