22 
May
2020
15:41
242
60
1444
Virtual karabakh

Nazarbayev İlham Əliyevə məktub göndərdi

22 May, 2020
15:41
1444

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın bundan sonra da dinamik inkişaf etməsini, həmçinin xalqınızın Sizin rəhbərliyinizlə bütün məqsədlərinə çatmasını diləyir və ən səmimi arzularımı bildirirəm.

Əminəm ki, xalqlarımız arasında əsrlər boyu davam edən ənənəvi dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri