22 
May
2020
18:58
462
93
1849
Virtual karabakh

Gürcüstan Prezidenti Azərbaycanı müstəqillik günü münasibətilə təbrik etdi

22 May, 2020
18:58
1849

Gürcüstan Prezidenti Azərbaycanı müstəqillik günü münasibətilə təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.  

Bu barədə AZƏRTAC xəbər yayıb.  

Məktubda deyilir: 

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram. 

Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və güclənəcəkdir. 

Bu gün biz qlobal pandemiya ilə üzləşərkən hökumətinizin COVID-19-la mübarizədə göstərdiyi səyləri və əldə edilən uğurları xüsusi vurğulamaq istəyirəm. Mən inanıram ki, ortaq səylərimizlə biz koronavirusun qarşısını ala biləcəyik. 

Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımla bərabər, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularımı da qəbul edin”. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri