23 
May
2020
00:33
273
98
6843
Virtual karabakh

Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi

23 May, 2020
00:33
6843

Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədə Prezident tərəfindən korrupsiyaya qarşı savaş açılıb”. 

Oxu.Az-ın xəbərinə görə, bunu AzTV-də yayımlanan “Hədəf” verilişində deputat Qüdrət Həsənquliyev deyib.  

O bildirib ki, cəmiyyət korrupsiya ilə mübarizədə dövlətə yardım etməlidir. Q. Həsənquliyev qeyd edib ki, dövlətin aztəminatlı ailələrə ayırdığı kartlar icra başçılarının kabinetlərindən çıxır. Onun sözlərinə görə, Azərbaycanda rüşvət verənlər də cəzalandırılmalıdır:  

“Bizdə bəzən insanlar qanunsuz imtiyazlar əldə etməyə çalışırlar. Məsələn, vergidən yayınmaq üçün rüşvət verirlər. İmtiyaz üçün rüşvət verən şəxslər də məmurları yoldan çıxarır. Amma istənilən halda rüşvət verən şəxs məsuliyyətə cəlb edilməlidir. Rüşvət verməsi barədə könüllü məlumat verən şəxs barəsində ən azından yüngülləşdirici halla məsuliyyətə cəlb olunmalıdır”.  

Deputat rüşvətxor məmurların ailələrinə də çağırış edib: “Həmin ailələr görürsə ki, evə qeyri-qanuni yollarla pullar daxil olur, buna etiraz etməlidirlər. Əks təqdirdə bunun mənəvi iztirabı da var”.  

Aqşin Kərimov 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri