25 
May
2020
13:38
276
78
1893
Virtual karabakh

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

25 May, 2020
13:38
1893

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikin mətni AZƏRTAC-da dərc olunub. 

“Hörmətli xanım Prezident, 

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah diləyirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri