27 
May
2020
13:05
139
28
1817
Virtual karabakh

Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu

27 May, 2020
13:05
1817

Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 19 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Trend-in məlumatına görə, bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi deyib.

M.Abbasinin sözlərinə görə, məhbuslar Astara sərhəd gömrük-keçid məntəqəsi vasitəsi ilə İrana keçiblər.

Abbasi deyib ki, məhbusların ekstradisiyası İranın Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin məsləhətləşmələri nəticəsində baş tutub.

Nazir müavini əlavə edib ki, bu məhkumlar narkotik maddələrin qaçaqmalçılığı ilə əlaqədar həbs olunublar. İki ölkə arasında məhbusların ekstradisiyası üzrə razılaşma çərçivəsində məhbuslar məhkumluq dövrünün qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri