28 
May
2020
14:08
68
96
2557
Virtual karabakh

Ukraynalı deputat Azərbaycanın humanitar yardımından danışdı: “Bu, çox nəcib bir hərəkətdir” - MÜSAHİBƏ

28 May, 2020
14:08
2557

Ukraynalı deputat Azərbaycanın humanitar yardımından danışdı: “Bu, çox nəcib bir hərəkətdir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) “yeni həyat verməyə” dəvət etdi. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Vladimir Zelenski mayın 21-də Ukraynaya göndərilən humanitar yardıma görə, Azərbaycana təşəkkürünü bildirib: “Azərbaycan xalqının bu cür dostluq jesti, COVID-19 pandemiyasına qarşı mübarizənin çətin dövründə xüsusilə dəyərlidir”.

GUAM-a gəldikdə, Ukrayna dövlətinin başçısı hesab edir ki, bu təşkilat mühüm ticarət və iqtisadi məsələlərin müzakirəsi üçün ciddi bir ittifaq və birlik ola bilər: “Bu təşkilata yeni həyat verməliyik”.

Ukrayna Prezidentinin bu açıqlaması ilə əlaqədar olaraq Media.Az Ukrayna Ali Radasının deputatı, Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Boqdan Yaremenko ilə söhbət edib.

- Mayın 27-də Azərbaycan və Ukrayna prezidentləri arasında müzakirələr baş tutdu. Söhbət əsnasında Vladimir Zelenski İlham Əliyevə humanitar yardıma görə təşəkkür edib. Bundan əlavə, GUAM və bu strukturun aktivləşdirilməsi imkanları barədə də danışılıb.

- Regional təşkilatların mövcudluğu normal bir təcrübədir. GUAM da istisna deyil. Ölkələr birləşir, ümumi problemləri təhlil edirlər. Hər iki ölkənin işğal olunmuş əraziləri var. Bizlərin - GUAM-a üzv dövlətlərin bir çox ortaq nöqtələri var və bu yalnız SSRİ-nin tərkibində olmağın tarixi ilə bağlı deyil. Təşkilatın inkişafı zamanı kimsə bu strukturda iştirakdan imtina etmək üçün səbəb tapdı (Özbəkistan GUUAM-ı 2005-ci ildə tərk etdi, bundan sonra abreviatura dörd hərfə endirildi - red.). Buna baxmayaraq, dörd ölkənin birliyi qarşılıqlı əlaqə baxımından sabit oldu.

Beynəlxalq vəziyyət, daxili inkişafla bağlı suallar var. Ancaq GUAM işləyir, təşkilat inkişaf edir. Hansısa mərhələ keçildi, buna görə də davam etməliyik. Bir vaxtlar GUAM-ı mütəşəkkil cinayətkarlıqla mübarizəyə, sonra nəqliyyat infrastrukturunun inkişafına yönəltmək cəhdləri olmuşdu. Ancaq strukturun potensialını göstərəcək başqa sahələr, layihələr də var.

Düşünürəm ki, prezidentlərimiz məhz bu barədə danışıblar və söhbət davam edəcək. Hesab edirəm ki, ölkə parlamentləri səviyyəsində də bu mövzunu qaldıracağıq.

- Koronavirus pandemiyası zamanı Azərbaycan Moldova, Ukrayna və digər ölkələrə humanitar yardım göstərdi...

- ...Belə bir məsəl var: “Dost dar gündə tanınar”. Bununla da hər şey deyilir. Azərbaycanın Ukrayna üçün gördüyü işlər ukraynalıların qəlbində rəğbət doğurur. Bu, Azərbaycan tərəfindən edilən çox nəcib bir hərəkətdir.

Ancaq onu da demək istəyirəm ki, prezidentlər müzakirələri ancaq komplementar məsələlər üzərində qura bilməzlər, bu vacib olsa belə. Buna görə, əsas məsələnin GUAM-ın inkişafı ilə bağlı müzakirələrin olduğunu düşünürəm. Potensialımızı reallaşdırmaq üçün maraq və resurslar tapmalıyıq.

Yeri gəlmişkən, çoxtərəfli əməkdaşlıq formaları haqqında danışsaq, səhiyyə sektorunu qeyd edərdim. Bu, mövcud dünya reallığında yeni mövzulardan biri ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri