29 
May
2020
16:12
518
138
3736
Virtual karabakh

Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi

29 May, 2020
16:12
3736

Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, təbrik mətnində deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri