31 
May
2020
12:07
38
314
2874
Virtual karabakh

Əli Hüseynli: “Prezident tarixçilərə dərs keçdi”

31 May, 2020
12:07
2874

Əli Hüseynli: “Prezident tarixçilərə dərs keçdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

O bildirib ki, Prezident müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçdi:

“Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq, bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. 

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxış edərkən deyib:

“Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranıb. Ancaq cəmi iki ilə yaxın yaşadı. Çox önəmli addımlar atılıb.

Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti - red.) yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı.

Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi.

Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın.

Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri