İyn
2020
12:50
229
68
6793
Virtual karabakh

Zahid Orucdan müharibə anonsu

1 İyn, 2020
12:50
6793

Zahid Orucdan müharibə anonsu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi Aprel müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda işğalçı ölkənin inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

O, Ermənistanda yaranan situasiyanı təzadlı mənzərə kimi xarakterizə edib. 

Bununla belə deputat qeyd edib ki, nəticə Azərbaycanın xeyrinədir. 

“Əksər erməni mediasında Azərbaycanın Naxçıvanda yerləşdirdiyi “Kaplan”, “Qasırğa” və sair raket qurğuları müzakirə olunur. 

Həmin raketlərin hədəfi vurma məsafəsi 120 km-dir, onun təhlükəsi haqqında silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir”, - deyə Z.Oruc bildirib. 

Deputat qeyd edib ki, öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə ölkə başçısının son İrəvan çıxışı arasında əlaqə axtarır: 

“Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi ilə bağlı istintaq prosesini izləməlidir. Bəli, yeni aprel, may, iyun döyüşləri üçün”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri