İyn
2020
17:46
24
146
6816
Virtual karabakh

Əli Əsədovdan yol hərəkətinin təhlükəsizliyi ilə bağlı SƏRƏNCAM

2 İyn, 2020
17:46
6816

Əli Əsədovdan yol hərəkətinin təhlükəsizliyi ilə bağlı SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazir Əli Əsədov “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Nazirlər Kabinetinin saytında məlumat dərc olunub. 

Məlumatda bildirilib ki, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilib. 

Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 iş günü ərzində Daxili İşlər Nazirliyinə təqdim etməlidirlər.

Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə iki dəfə hesabat dövrü başa çatdıqdan sonrakı bir ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir. 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tədbirlər Planı ilə buradan tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri